Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

29.04.2022

28.04.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Naftalan şəhər Əlillərin bərpa mərkəzində müalicə alan qazilər, fiziki qüsurlu şəxslər və Mərkəz əməkdaşları iştirak etdi.İlk öncə qonaqlar Mərkəzin kiçik elmi işçisi Ramilə Həsənova Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini  əks etdirən eksponatlarla yaxından tanış etdi. Sonra Mərkəzin direktoru Faiqə Ağayeva Ulu Öndərin Azərbaycan  xalqına böyük xidmətlərindən söz açdı.

Daha sonra qonaqlara Ulu Öndər Heydər Əliyevin Azərbaycanın haqq səsini bütün dünyaya yayılması, beynəlxalq aləmdə nüfuzunun artması uğrunda dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə həsr edilmiş film nümaiş etdirildi.

Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99- cu ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına,  Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin xatirəsinə həsr olunmuş günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir. Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin Lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, mükəmməl siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.

 

60.2 KB